• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Taliban" Əfqanıstanda 4 nəfəri edam etdi

DÜNYA

25 Sentyabr 2021 | 15:13

"Taliban" Əfqanıstanda 4 nəfəri edam etdi

Əfqanıstanın şimal-qərbində yerləşən Herat əyalətində “Taliban” 4 kişini çoxsaylı insanın iştirakı ilə edam edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, məlumatı sentyabrın 25-də “Aamaj News” agentliyi yayıb.

Bildirilib ki, dar ağacından asılan şəxslər adam oğurluğunda təqsirli biliniblər.

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”ın nümayəndələri hələlik hadisəyə münasibət bildirməyiblər. Bununla belə, “Taliban” hərəkatının qurucularından biri, Nurəddin Turabi “Associated Press”ə kütləvi edamları bərpa edəcəklərini, oğurluğa görə ətrafların kəsilməsi praktikasını bərpa edəcəklərini bildiriblər.

Qeyd edək ki, “Taliban” 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olarkən edam, daş-qalaq, əl və ayaqların kəsilməsi kimi cəzalar kütləvi, geniş şəkildə həyata keçirilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026