• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Google” şirkəti ABŞ-da reklam bazarını inhisara almaqda ittiham olunur

DÜNYA

25 Oktyabr 2021 | 14:34

“Google” şirkəti ABŞ-da reklam bazarını inhisara almaqda ittiham olunur

ABŞ-ın bir neçə ştatının baş prokurorları “Google” şirkətinə qarşı onlayn reklam bazarında haqsız rəqabətlə bağlı iddia qaldırıb.

Bakıvaxtı.az WSJ-ə istinadən xəbər verir ki, iddiaya görə, şirkət yürütdüyü strategiya və bazardakı mövqeləri nəticəsində reklam sifarişlərinin 80 faizini götürür. 2018-ci ildə isə ölkədəki onlayn reklam bazarının 75 faizi “Google”nin payına düşürdü.

İddia ərizəsində “Bell”, “Elmo”, “Poirot” kod adlı proqramlar sayəsində şirkətin satışlarını 1 milyard dollardan çox artırdığı bildirilir. Bununla yanaşı, “Google”nin komisiya haqları rəqiblərinkindən 2-4 dəfə çoxdur. Həmçinin cavabdehlərin reklam nümayişi ilə bağlı başqa saytların imkanlarını məhdudlaşdırdığı da irəli sürülür.

“Google” şirkətindən isə iddianın qeyri-səlis məlumata əsaslandığını, tətbiq etdikləri komisiya haqlarının isə sahə üzrə orta rəqəmdən az olduğunu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026