• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Taliban" Pəncşirlə bağlı yeni məlumat yayadı

DÜNYA

06 Sentyabr 2021 | 13:36

"Taliban" Pəncşirlə bağlı yeni məlumat yayadı

Taliban yaraqlıları Pəncşir əyalətini ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahid məlumat verib.

Məlumata görə, "Taliban"ın əyalət başçısının iqamətgahının qapıları önündə olan fotoları sosial şəbəkələrdə yayılıb.

"Taliban" a qarşı çıxan Milli Müqavimət Cəbhəsinin nümayəndələri hələlik bu açıqlamaya münasibət bildirməyiblər. 

Əfqanıstanın Asvaka agentliyi Talibanın artıq Pancşir qubernatorluğunun binası üzərində bayrağını qaldırdığını bildirib.

Bu arada Əfqanıstan Urdu mənbələri hər iki tərəfdən bir çox nüfuzlu komandirlərin əyalət uğrunda gedən döyüşlərdə öldürüldüyünü qeyd edib.

Xatırladaq ki, sentyabrın 3-də axşam saatlarında KİV mənbələrə istinadən taliblərin Əfqanıstanın nəzarət etmədikləri son bölgəsi olan Pəncşir əyalətini ələ keçirdiklərini yazmışdı. Lakin bu məlumat təsdiqini tapmayıb.

Qeyd edək ki, Pəncşirdəki "Taliban"a qarşı müqavimət göstərən qüvvələrə səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud rəhbərlik edir. "Taliban" Əfqanıstanda hakimiyyətə gəldikdən sonra müqavimət qüvvələri ilə danışıqlar aparsa da, nəticə ala bilmədi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR