• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tanınmış aktyor Laçına köçdü

CƏMİYYƏT

22 Noyabr 2023 | 09:50 | Müəllif: Qalib İbrahimoğlu

Tanınmış aktyor Laçına köçdü

Xəbər verdiyimiz kimi, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, Laçına gedənlər arasında tanınmış aktyor Rauf Şahsuvarov da olub.

O, bundan sonra Laçında işləyəcəyini deyib.

Qeyd edək ki, aktyor 1991–1992-ci illərdə Arif Paşayevin komandiri olduğu Azərbaycanda olan ilk nizami alayın - Laçın alayının tərkibində Qarabağ müharibəsində iştirak edib.

Rauf Şahsuvarov hazırda Bakı Uşaq Teatrında işləyir. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olub və müxtəlif rollar oynayıb.

Aktyor "O dünyadan salam", "Lal", "Yol yoldaşları", "QAZ", "Kəndim+nizə qayıdın!?", "Sübhün səfiri", "Oğlan evi 2", "Hoqqa", "Sən demə" filmlərində, "Pərvanələrin rəqsi", "Sonuncu fəsil", "Qız atası", "Vicdan haqqı", "Əqrəb mövsümü" seriallarında yaddaqalan obrazlar yaradıb./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026