• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Tanınmış basketbolçu həbs edildi

İDMAN

10 Iyul 2025 | 09:43 | Müəllif: Əli Hüseynov

Tanınmış basketbolçu həbs edildi

Vaxtilə Milli Basketbol Assosasiyasında (NBA) çıxış etmiş Ben Maklemor cinsi təcavüzə görə 8 il 4 ay müddətinə azadlıqdan məhrum olunub.

Bakıvaxtı.az ESPN-ə istinadən xəbər verir ki, məhkəmə basketbolçu barədə həbs qərarı çıxarıb.

Cinayət 2021-ci il oktyabrın 3-də şənlik zamanı törədilib. Zərərçəkmiş basketbolçunun onun spirtli içki qəbul etməsi səbəbindən köməksiz vəziyyətdə olmasından istifadə etdiyini bildirib.

Qeyd edək ki, B.Maklemor “Memfis”, “Hyuston”, “Los Anceles Leykers” və “Portlend”də forma geyinib. Amerikalı sabiq basketbolçu 2022-ci ildən NBA-da çıxış etmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026