• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tanınmış türkiyəli jurnalist evində ölü tapıldı

HADİSƏ

09 Avqust 2021 | 11:40

Tanınmış türkiyəli jurnalist evində ölü tapıldı

Tanınmış türkiyəli jurnalist, Krım Xəbər Agentliyinin Türkiyə bürosunun rəhbəri Aydın Taş vəfat edib, onun meyiti yaşadığı evdə aşkarlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, jurnalist İsmet Yüksel öz tvitter hesabında A. Taşın intihar etdiyini qeyd edib. Hazırda jurnalistin ölüm səbəbi ilə bağlı araşdırma aparıldığı bildirilir. İyun ayında atası Heydər Taş vəfat edən A. Taşın özünü asdığı deyilir. 

Qeyd edək ki,  mərhum jurnalistin Azərbaycanda da mətbuat nümayəndələri ilə dostluq münasibətləri olub. Bir sıra tanınmış media nümayəndələri onunla birgə təlimlərdə iştirak etdiklərini və qəfil ölüm xəbərindən sarsıldıqlarını qeyd ediblər. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026