Qazaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı Ceyhun Süleymanovu avtomobil vurub.
O, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
















