• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanıldı

HADİSƏ

07 Oktyabr 2021 | 11:57

Narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanıldı

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobu qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Qadir Muradov tutularaq istintaqa təqdim edilib. Qadir Muradovun üzərində şəxsi axtarış aparılan zaman ondan 110 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr vasitəsi tanış olduğu tanımadığı şəxsdən əldə etdiyi bildirib. O, Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR