• Bakı 17° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Tanınmışlar Heydər Əliyevin media siyasətindən danışdılar  

LAYİHƏ

10 May 2023 | 17:37

Tanınmışlar Heydər Əliyevin media siyasətindən danışdılar  

6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”

Xəbər verdiyimiz kimi, mayın 8-də Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans keçirilib.

Konfransda bildirilib ki, H.Əliyev hakimiyyətə gəlməsindən sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də islahat xarakterli məqsədyönlü tədbirlər həyata keçirib, bu istiqamətdə əsaslı, müsbət dəyişikliklər baş verib. Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırılıb. 1998-ci ildə KİV üzərində senzura tamamilə ləğv edilib.

Milli Məclisin deputatı Elşad MibəşiroğluBakıvaxtı.az-a bildirib ki, H.Əliyev hər zaman müstəqil jurnalistikanın mövcudluğunda və inkişafında maraqlı olub.

“Ulu öndər bütün sahələrdə inkişafın əsasını qoydu. Bunu şərtləndirən başlıca amil ondan ibarətdir ki, Heydər Əliyev həyat fəaliyyətinin bütün sahələri haqqında aydın təsəvvürlərə və dərin biliklərə malik idi. Ona görə də o, hər sahədə atdığı addımlarla inkişaf yolunu müəyyənləşdirirdi. Həmçinin, mətbuatın inkişafı və media siyasətinin sistemli şəkildə müəyyənləşdirilərək həyata keçirilməsi də elə Heydər Əliyevin adıyla bağlıdır.

Heydər Əliyev hər zaman müstəqil jurnalistikanın mövcudluğunda və inkişafında maraqlı olub  və bunun təmin olunması üçün addımlar atıb. Məsələn, 1998-ci ildə məhz Heydər Əliyevin təşəbbüsü və qərarı ilə kütləvi informasiya vasitələri üzərində senzura tamamilə ləğv edilib. O cəmiyyətdə fikir və söz azadlığının olmasını həmişə dəstəkləyib.

Nəzərə alamq lazımdır ki, media cəmiyyətdə ümumi təsəvvürləri və ictimai rəyi formalaşdırır. Heydər Əliyev öz fəaliyyətində bu məqamı mütləq şəkildə nəzərə alırdı. Onun fəaliyyətinə vizual nəzərə salsaq, bütün atdığı addımlarda onun yanında media təmsilçilərinin olduğunu görəcəyik. Bütün səfərlərində media nümayəndələri Heydər Əliyevi müşayət edirdi. Ona müraciət edilməsə belə davamlı olaraq milli məsələlərlə bağlı media vasitəsilə cəmiyyəti məlumatlandırır, proseslər barədə cəmiyyətin təsəvvürlərini formalaşdırırdı. Bu da medianın inkişafına müsbət töhfə verirdi”, -deyə E.Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, müstəqil medianın inkişafı üçün konistitusiyon əsasların yaradılması bu sahənin H.Əliyevin diqqət mərkəzində olduğunun göstəricisidir: “1995-ci ildə müstəqil Azərbaycanın ilk Konistitusiyası layihəsi Ulu Öndərin rəhbərliyi altında hazırlanıb və bu sənəd ictimai müzakirələrə təqdim edildi. İctimai müzakirələrdən keçdikdən sonra Konistitusiya layihəsi referenduma çıxarıldı. Konistitusiyada mediaya münasibət aydın şəkildə ifadə edilib. Müstəqil medianın inkişafı üçün konistitusiyon əsasların yaradılması bu sahənin Ulu Öndərin diqqət mərkəzində olduğunun göstəricisidir. 

Heydər Əliyev medianın inkişaf etdirilməsini özünün ayrıca fəaliyyət istiqaməti kimi müəyyənləşdirmişdi. Həmçinin o, Azərbaycan cəmiyyətində jurnalistlərin nüfuzunu öz davranışları və mövqelərilə artırırdı. O jurnalistlərə hörmət və ehtiramla yanaşırdı, həssaslıq nümayiş etdirirdi. Onların problemləri ilə maraqlanırdı. Onlara lazım olan bütün köməkləri edirdi. Jurnalistlər də Heydər Əliyev öz dostu bilirdi.  

Azərbaycanda uğurlu media siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulub. Bu gün də o əsaslar üzərində fəaliyyət davam etdirilir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan mediasının inkişafında Heydər Əliyevin rolu təkcə onun ikinci dəfə hakimiyyətə gəlməsindən sonra gördüyü işlərlə bağlı deyil: “O Azərbaycanda SSRİ dövründə də medianın inkişafı üçün təşəbbüs göstərmiş və mümkün dəstəyini vermişdi”.

“SSRİ dövründə, mətbuatda siyasi plüralizm faktiki yox olduğu bir zamanda Heydər Əliyev KİV və mətbuatın inkşafı üçün ciddi siyasəti mövcud olmuşdur. SSRİ-də mərkəzi hakimiyyət kütləvi informasiya vasitələrini cəmiyyət üzərində qılınc kimi istifadə edirdi.  Məsələn, ötən əsrin 30-40-cı illərində Azərbaycan ziyalı şəxslərinin represiyaya məruz qalmasında o dövrün mediasının da böyük rolu oldu.

70-80-ci illərdə Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə siyasi plüralizm üçün mövcud siyasi sistemdə mümkün sərhədlər açıldı, milli mövqeli cəmiyyətin formalaşması üçün şərait yaradıldı. Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycan mediasında müstəqil fikirli insanların fəaliyyət göstərməsinə dəstək olmaqla cəmiyyətin milli kodların inkşafına səbəb olacaq media formalaşdırdı.  Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan bu siyasətin bəhrəsini gördü. Toxumları həmin illərdə atılmış fikirlər cücərmiş, milli düşüncəli cəmiyyət formalaşmışdır.

SSRİ-nin dağılması ilə müstəqilliyə qovuşan Azərbaycanda kiçik bir müddət ərzində mövcud olan hakimiyyət demokratik prinsipləri əsaslanan respublikanın qurulması prosesinə deyil, prinsipial olaraq yeni dövlətin regionlar və qruplar arası bölüşdürülməsinə, faktiki olaraq ölkənin parçalanması prosesinə start vermişdilər. Bu proses Azərbaycan mediasında həmin illərdə dərc olunan yazılarından daha aydın görünür. Səriştəsiz hakimiyyətin mövcud problemlər qarşısında çaşqınlığı cəmiyyət və hakimiyyət arasında olan çatları hər gün daha da dərinləşdirirdi", - deyə Y.Hacıyeva bildirib.

O qeyd edib ki, o dövrdə hakimiyyətin səriştəsizliyi və təcrübəsizliyini təkcə cəmiyyətlə hakimiyyət arasında deyil, mövcud hakimiyyət daxili qruplar arasındakı kəskin qarşıdurma və dözümsüzlük halına gətirib çıxarmışdı: "Azərbaycan mediası həmin illərdə faktiki milli maraqlar deyil, kənar, regional və qrup maraqları müdafiəsi üçün adaptasiya edilirdi. Hakimiyyətin səriştəsizliyi mediada problemlərin həlli istiqamətində köklü addımlar atmaq əvəzinə, onları ört-basdır etmək, görməməzlikdən gəlmək siyasəti kimi ifadə olunurdu. Ölkənin, xalqın milli və maddi genofonu olan Şuşa şəhəri işğalla üz-üzə olduğu günlərdə Azərbaycan mediası dövlət orqanlarında təmsilçiliyi uğrunda daxili konfliktrərə meydan olmuşdur.

Həmin günlərdə cəmiyyətin intelektual və ziyalı kəsiminin ciddi qınağı ilə üz-üzə qalan hakimiyyətin istər dövləti müdafiə məqsədi, istərsə də cəmiyyətlə ünsiyyət məqsəsində atdığı primitiv addımları dalana dirəndi. Dövlətin dağılmasına və nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirməyə hazırlaşan ekstremist qüvvələr medianın fəaliyyətini iflic edirdilər, vəzifəli şəxslər KİV-lərin redaksiyalarına hücümlar edirdilər. Media, hakimiyyət və cəmiyyət arasındakı böhranı idarə olunmaz hala gəlmişdir. Ziyalıların ölkəni böhrandan çıxarmaq səylərinə hakimiyyət hərtərəfli dəstək vermək əvəzinə mövcud hakimiyyət onlara qarşı nifrət çağırışları olan təbliğatlara start verdi, bunun üçün mediadan istifadə etdi.

Belə bir vəziyyətdə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev yeni media siyasətini həyata keçirdi. Medianın hərəkətverici qüvvəsi nəzərə alınmaqla uzunmüddətli dövr üçün media siyasəti müəyyən edildi ki, media siyasəti uğurlu olsun. Birinci Qarabağ müharibəsindəki itkilərdən sonra, həmin dövrdə cəmiyyətə aşılanmış xof, məğlubiyyət sindiromuna qarşı media önəmli rol oynadı.

Yeri gəlmişkən qeyd edim ki, işğalı sürətləndirən vasitələrdən biri də o dövrdə mediada işğal qorxusuna və xofuna böyük yer verilməsi kimi yanlış təbliğat idi. Heydər Əliyevin demokratik prinsiplərə əsaslanan media siyasətində məqsədlərdən biri də media subyektilərini hakimiyyətdəki qruplaşmaların əlindən xilas etmək, cəmiyyətdə bölücülüyün qarşısını almaq idi".

Y.Hacıyeva bildirib ki, 1995-2003-ci illəri media inkişafının pik mərhələsini yaşadı. Siyasi plüralizm, fikir müxtəlifliyi, müxtəlif cəbhələrdə olan insanlara yer verilirdi: "1998-ci ildə KİV üzərində senzura tamamilə ləğv edildi. Heydər Əliyev hakimiyyətə gələndən sonra öz işlərindən küsdürülmüş peşəkar media nümayəndləri yenidən işlərinin başında oldular.  İndi də Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini uğurla davam etdirir, medianın inkişafı üçün imkanlar arır. Bu barədə geniş danışmaq olar".

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

24 Aprel 2024