• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Tayvanda GÜCLÜ ZƏLZƏLƏ: 10 ölü - YENİLƏNİB

DÜNYA

03 Aprel 2024 | 16:22 | Müəllif: Qalib İbrahimoğlu

Tayvanda GÜCLÜ ZƏLZƏLƏ: 10 ölü - YENİLƏNİB

Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 10-a, xəsarət alanların sayı isə 934-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.  

***

10:27

Tayvanın şərq sahillərində baş verən zəlzələ nəticəsində 700-dən çox insan xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" ölkə hökumətinə istinadən məlumat yayıb.

Son məlumatlara görə, zəlzələdə azı 4 nəfər həlak olub

***

08:24

Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tayvanın "Zhongshi Xinwenwan" informasiya portalı məlumat yayıb.

***

08:21

Tayvan adasının şərq sahillərində güclü zəlzələ olıub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir kİ, 7,3 bal gücündə olan yeraltı təkan nəticəsində 1 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

Bir neçə binanın dağıldığı, ölən və xəsarət alanların da həmin binaların sakinləri olduğu bildirilir.

Axtarış işləri aparılır. Ölü və yaralı sayının atracağən ehtimalı var.

Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib.

Bundan başqa, Çinin materik hissəsində və Filippində də sunami xəbərdarlığı elan olunub.

Zəlzələdən sonra maqnitudası 3,4-6,5 arasında dəyişən 20-dən çox yeni təkan qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR