Tayvanda sürətlə yayılmağa davam edən COVID-19 epidemiyasında yoluxmaların sayı bir-birinin ardınca rekordlar qırır.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Asiyanın şərqindəki ada ölkəsində gündəlik koronavirusa yoluxanların sayı 50 mini keçib. Beləliklə, Tayvanda yoluxmaların sayı epidemiya başlayandan bəri ən yüksək həddə çatıb. Təxminən 23,8 milyon əhalisi olan ölkədə son 24 saat ərzində 50 min 780 yerli, 48 xarici mənşəli yoluxma aşkar edilib. 12 nəfərin koronavirusdan öldüyü bildirilir.
Açıqlamaya görə, həyatını itirənlərin xroniki xəstəlikləri olub.
Aytac Aslan
















