• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

TBMM üzvü zəlzələdə həlak oldu

DÜNYA

09 Fevral 2023 | 22:57 | Müəllif: Subhan Mahmudov

TBMM üzvü zəlzələdə həlak oldu

Türkiyə Böyük Millət Məclisinin üzvü, Qəhrəmanmaraşın millət vəkili Sıtkı Güvənc zəlzələ zamanı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tvitter hesabında yazıb.

“İyirmi dördüncü çağırış Türkiyə Böyük Millət Məclisində birlikdə çalışdığımız Qəhrəmanmaraş millət vəkili Sıtkı Güvənc zəlzələdən sonra dağıntılar altında dünyasını dəyişib.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun”, - səfir sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Adıyaman millət vəkili Yaqub Taş da ailəsi və qohumları ilə birgə həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026