• Bakı 23° C

    15.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Təbiətə 27 minlik ziyan vurdular

CƏMİYYƏT

30 Yanvar 2023 | 13:18

Təbiətə 27 minlik ziyan vurdular

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Füzuli, Ağsu, Lənkəran rayonlarında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə Bakıvaxtı.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Sumqayıt şəhəri, Polad Həşimov və Sülh küçələri, Füzuli rayonu, Qayıdış qəsəbəsi-2,  Lənkəran rayonu, Təngivan kəndi və Ağsu rayonunun Kalva kənd Mədəniyyət evinin ərazisində ağacların kəsildiyi və təbiətə ümumilikdə 27270 manat məbləğində ziyan dəydiyi məlum olub.

B.Məmmədov qeyd edib ki, faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.


SON XƏBƏRLƏR

05 Iyul 2025