• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı

CƏMİYYƏT

20 May 2021 | 20:29

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Bakıvaxtı.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Nəsibov Səfərəli Nəsib oğluna oğlu Sumqayıt şəhər sakini Nəsibov Fərid Səfərəli oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada plastik su qabının içərisindəki mayeyə qatılmış ümumi çəkisi 0,520 qram olan narkotik vasitə metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026