• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Təhsil Nazirliyi “Yay məktəbi” ilə bağlı sorğu keçirir

CƏMİYYƏT

26 May 2021 | 11:25

Təhsil Nazirliyi “Yay məktəbi” ilə bağlı sorğu keçirir

 

Xəbər verildiyi kimi, pandemiya səbəbi ilə 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsi distant (məsafədən) formada təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, Təhsil Nazirliyi mövcud vəziyyəti nəzərə alaraq, zəruri bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən iki həftə müddətinə ümumi təhsil müəssisələrində "Yay məktəbi"nin təşkili ilə bağlı sorğu keçirir.

“Yay məktəbi”nin ödənişsiz və könüllü əsaslarla təşkili nəzərdə tutulur. “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

Müvafiq linkə daxil olaraq sorğuda iştirak etmək mümkündür: https://s.surveyplanet.com/h59tq2sor

Hər kəsin sorğuda iştirak edərək münasibət bildirməyi əhəmiyyətlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026