• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

“Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başladı

MEDİA

07 Fevral 2025 | 10:31

“Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başladı

Bu gündən – 2025-ci il fevralın 7-dən etibarən Azərbaycanda yeni media quruluşu – müstəqil “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “Teleqraf” Media Qrupuna daxil olan agentlik “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb. Teleqraf.com 2012-ci ildən fəaliyyət göstərir və kifayət qədər geniş oxucu auditoriyasını əhatə edir. Bundan sonra isə oxuculara informasiya agentliyi kimi xidmət edəcək.

Agentlik hazırda “az” domenini (Teleqraf.az) istifadə etsə də, “com” domeni də aktivdir və hər iki domenlə agentliyin saytına daxil olmaq mümkündür.

"Kollektivin hədəfi beynəlxalq standartlara uyğun format, dəqiq və qərəzsiz xəbər istehsalı ilə Azərbaycan informasiya mühitini gücləndirmək və yeniləməkdir", - deyə agentliyin redaksiya açıqlamasında bildirilib.


SON XƏBƏRLƏR

11 Mart 2025