• Bakı 25° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Təmirə bağlanacaq kitabxanada POZUNTU AŞKARLANDI 

CƏMİYYƏT

26 Sentyabr 2022 | 13:52

Təmirə bağlanacaq kitabxanada POZUNTU AŞKARLANDI

Yeni tədris ilinin başladığı vaxtda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında əsaslı təmir işləri görüləcək.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın baş kitabxanasının əsaslı təmir işlərinin satınalması ilə bağlı elan edilən tenderin qalibi “Koneks Construction” MMC olub. Bu şirkətə 418 min 595 manat ödəniləcək.

26.09.2022-ci il tarixinə olan məlumata görə, “Koneks Construction” MMC-nin dövlət büdcəsinə 6384 manat vergi borcu var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026