• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Temperatur yüksəlir

CƏMİYYƏT

22 Iyun 2022 | 08:29 | Müəllif: Qalib İbrahimoğlu

Temperatur yüksəlir

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, şimal-qərb küləyi gündüz saatlarından arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 749 mm civə sütunundan 746 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026