• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tərtər və Laçında silah-sursat tapıldı

HADİSƏ

23 Fevral 2023 | 09:55

Tərtər və Laçında silah-sursat tapıldı

Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları işğaldan azad edilən ərazilərdə keçirdikləri nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapıb.

Bu barədə Bakıvaxtı.az-a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026