Hipertoniya xəstələri gün ərzində çox maye içməli, kaliy, maqniy, B qrup vitaminlə zəngin qidalar yeməlidir.
Bakıvaxtı.az xəbər verir ki, həkim endokrinoloq Nataliya Lazurenko diabet xəstələri üçün dietaların fərdi hazırlanmalı olduğunu deyib.
Hər xəstənin yaşının, çəkisinin, yanaşı xəstəliklərinin fərqli olduğunu deyən həkim bildirib ki, iola bilər, təzyiqlə yanaşı şəkəri olsun. Onun sözlərinə görə, amma bu xəstələrin ümumi tonusunu yaxşılaşdırmaq üçün qidalanma var (Bakupost.az).
N.Lazurenko bildirib ki, məsələn, onlar hər gün bir banan yeməlidir: "Məsləhətdir ki, çox yetişmiş, içərisində qaralma olan banan yox, bir qədər bərk, açıq sildirib ki, mrı banan seçilsin. Belə bananda olan nişasta çəkiyə təsir etməyəcək.
Eləcə də təzyiq xəstələri şirniyyat əvəzinə quru meyvələr, tərəvəzlər, qoz, badam yeməlidir. Bunlar damarların tonusu üçün vacibdir.
Duzlu və hisə verilmiş qidalar endorfinlərin sintezini artırır. Lakin duz təzyiqi qaldırır, bədəndə maye toplayır. Təzyiq xəstələrində limfatik proses yavaşıyır, əgər bədəndə maye toplansa damarların tonusu pozulacaq, təzyiq nəzarətə alına bilməyəcək.
Bu xəstələr 1 litrdən çox təmiz su içməli, qara çay və kofe əvəzinə nanə, çobanyastığı dəmləməsi içə bilər.
Təzyiq xəstələri un məmulatları yeməməlidir”.
















