• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ticarət dövriyyəsi münasibətlərə adekvatdırmı? - AÇIQLAMA

İQTİSADİYYAT

15 Yanvar 2022 | 11:25

Ticarət dövriyyəsi münasibətlərə adekvatdırmı? - AÇIQLAMA

Xəbər veridiyimiz kimi, ötən gün Azərbaycanın dövlət başçısının Ukraynayaya işgüzar səfər edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu səfərlə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi yenidən gündəmə gəlin. 
İki ölkə prezidentinin keçirdiyi mətbuat konfransında Azərbaycanın dövlət başçısı bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi yaxın gələcəkdə 1 milyard ABŞ dollarına çatacaq. 
Səfər çərçisində imzalanan sənədlərin icrası bu göstəricinin əldə olunmasını imkan verəcəyi bildirilib. Bu, sənədlərin həyata keçirilməsi Azərbaycanın ərzaq təhlükəsizliyinə də xidmət edəcəyi qeyd edilib.
İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, Ukrayna ilə ticarət dövriyyəmiz böyük olsa da, o qədər böyük olmayan qeyri-neft ixracatımızda belə bu ölkənin payı çox kiçikdir. 
“Bu ixracın cəmi 2 faizi qeyri-neft sektorunun payına düşür. Ukrayna kifayət qədər böyük bazardır, amma münasibətlərin kifayət qədər yaxın olmasına baxmayaraq, biz bu bazarın imkanlarından ən minimum səviyyədə bəhrələnirik. 
2021-ci ilin 11 ayının nəticələrinə görə, Ukraynaya 445 mln. dollarlıq  ixracatımızın 89%-i neft məhsullarının payına düşüb”, - deyə R.Ağayev bildirib. 
Ekspert qeyd edib ki, Azərbaycanın Ukraynadan ixdalı isə heç də kiçik deyil: “Ümumi idxalımızın 4%-nə yaxın (420 mln. USD). Bu idxalın təxminən yarısı qida və tütündür. Digər yarısında isə metal məmulatlarının payı böyükdür”. 
Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026