• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Tokayev Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

CƏMİYYƏT

26 May 2022 | 19:23 | Müəllif: Qalib İbrahimoğlu

Tokayev Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlətçiliyin möhkəmlənməsi, əhalinin sosial-iqtisadi rifahının təmin edilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması sahəsində sanballı uğurlara nail olub.

Qazaxıstanda qardaş Azərbaycan xalqının nailiyyətlərinə ürəkdən sevinir və qarşılıqlı əməkdaşlığın hərtərəfli dərinləşməsinə yüksək diqqət ayırırlar.

Bununla əlaqədar Sizin Azərbaycana dəvətinizi məmnuniyyətlə qəbul edirəm.

Əminəm ki, qarşıdakı danışıqların yekunları ikitərəfli qarşılıqlı fəaliyyətin böyük potensialını tam həcmdə üzə çıxarmağa və Qazaxıstan-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026