Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
09:07
Tovuzda bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Hunalılar kəndində qeydə alınıb.
Belə ki hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman 3 nəfər batıb, bir nəfər xilas olub.
















