• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

75 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

HADİSƏ

15 Fevral 2022 | 10:20 | Müəllif: Qalib İbrahimoğlu

75 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Tovuzda 75 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Tovuz Rayon Polis Şöbəsinə fevralın 14-də Hunanlar kəndində yaşayan ruhi xəstə C.Əliyevin evində münaqişə zəminində odlu silahdan açdığı atəşlə atası 75 yaşlı Qaməti öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayətin aləti olan qanunsuz saxladığı “Vinçester” markalı silah götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanmışdır.

*** 09:13

Tovuzda kişi odlu silahla qətlə yetirilib.

Bakıvaxtı.az report-a istinadla xəbər verir ki, 1947-ci il təvəllüdlü Qamət Əliyev qətlə yetirilib.

Onu qətlə yetirməkdə oğlu, 1980-ci il təvəllüdlü Ceyhun Əliyev şübhəli bilinir. C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026