• Bakı 28° C

    8.49 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Trampdan etiraf: İran helikopterimizi vurdu!

DÜNYA

09 Iyun 2026 | 21:23

Trampdan etiraf: İran helikopterimizi vurdu!

ABŞ Prezidenti Donald Tramp Iranı Hörmüz boğazı ərazisində Amerika helikopterinə endirilən zərbəyə cavab verəcəyi ilə hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.

"Silahlı Qüvvələrimiz mənə indicə məlumat verdi ki, ötən gecə iranlılar Hörmüz boğazı ərazisində patrul xidməti aparan yüksək texnologiyalı "Apache" helikopterlərimizdən birini vurublar. Göyərtədə iki pilot olub, hər ikisi təhlükəsizlikdədir və xəsarət almayıb. Bununla belə, ABŞ, zəruri olaraq, bu hücuma reaksiya verməlidir", - o yazıb.

Daha əvvəl NYT nəşri mənbələrə istinadən bildirib ki, ABŞ-nin "AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt insidentin səbəbi açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026