• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp: ABŞ-İran danışıqları yavaş templə gedir

DÜNYA

31 May 2026 | 09:38 | Müəllif: Subhan Mahmudov

Tramp: ABŞ-İran danışıqları yavaş templə gedir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında münaqişənin nizamlanması üzrə danışıqlar yavaş templə gedir.

Bakıvaxtı.az-ın məlumatına görə, Amerika lideri bunu "Fox News" telekanalına müsahibəsində deyib.

"Biz istədiyimizə ləng nail oluruq. İranlılar sərt danışıqçılardır. Bu, uzun müddət çəkir", - Tramp qeyd edib.

O, həmçinin bildirib ki, mümkün razılaşma üzrə danışıqlar zamanı Tehran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılıq verib.

"Onlar əvvəlcə nüvə silahı hazırlamayacaqlarını dedilər. Mən soruşdum ki, nüvə silahı alsanız necə olar?'", - o deyib.

Trampın sözlərinə görə, hazırkı razılaşma layihəsində İranın nüvə silahı hazırlamayacağı və ya heç bir şəkildə əldə etməyəcəyi nəzərdə tutulur.

Amerika lideri vurğulayıb ki, bu, tərəflərin yanaşmasında əhəmiyyətli dəyişiklikdir. "Bu, böyük fərqdir", - o qeyd edib.

Tramp həmçinin əlavə edib ki, potensial sazişə razılaşma imzalandıqdan dərhal sonra Hörmüz boğazının açılması da daxil ola bilər.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026