• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Tramp onu baş prokuror təyin etmək istəyir

DÜNYA

09 Iyun 2026 | 09:17 | Müəllif: Əli Hüseynov

Tramp onu baş prokuror təyin etmək istəyir

ABŞ Prezidenti Donald Tramp ədliyyə naziri vəzifəsini icra edən Todd Blanşı ABŞ-nin növbəti baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb. 

Bakıvaxtı.az xəbər verir ki, müvafiq bildiriş Ağ Evin saytında dərc edilib.

Təyin olunmaq üçün Blanşın namizədliyi Senatın Məhkəmə Komitəsi tərəfindən təsdiqlənməlidir, bundan sonra isə Nümayəndələr Palatası tərəfindən tam tərkibdə nəzərdən keçiriləcək.

Blanş, Pem Bondi istefasından sonra aprelin 2-də Ədliyyə Nazirliyinin müvəqqəti direktoru vəzifəsini icra etməyə başlayıb.

"The New York Times" qəzetinin məlumatına görə, Bondinin getməsinin əsas səbəblərindən biri yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərdə ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin dərc olunması ilə bağlı mübahisə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026