Rusiya Prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında mümkün görüş barədə məlumat əldə olunan kimi dərhal təqdim olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirlərinin Cənubi Afrikada keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
"Belə olanda, əlbəttə ki, siz bu barədə biləcəksiniz. Biz hansı məsələlər üzərində işləyirik, məxfilik istənilən diplomatik proseslərin hazırlanmasının tərkib hissəsidir. Əminəm ki, biz sizə vaxtında məlumat verəcəyik. Amma ilk növbədə, əlbəttə ki, Kremlin mətbuat xidməti məlumat verəcək", - nazir qeyd edib.
Qeyd edək ki, daha öncə Kremlin sözçüsü Dmitri Peskov məlumat vermişdi ki, telefon danışığı zamanı ABŞ və Rusiya prezidentləri şəxsi təmasları davam etdirmək, xüsusən də görüş təşkil etmək barədə razılığa gəliblər.