• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əkrəm İmamoğlu və daha iki bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırılıblar

DÜNYA

23 Mart 2025 | 18:13 | Müəllif: Gülşən Şərif

Əkrəm İmamoğlu və daha iki bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırılıblar

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əkrəm İmamoğlu Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti tədbir olaraq vəzifəsindən kənarlaşdırılıb. Belə ki, qərar müvəqqəti xarakter daşıyır və qeyd olunan şəxslər barəsində aparılan istintaq müddətini əhatə edir.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb. Məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026