• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tramp Suriya ilə bağlı vacib açıqlama verəcək

DÜNYA

25 Sentyabr 2025 | 23:24 | Müəllif: Subhan Mahmudov

Tramp Suriya ilə bağlı vacib açıqlama verəcək

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə tezliklə Suriya ilə bağlı vacib bəyanat verəcəyini vəd edib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə rəhbərliyinin tələbi ilə Suriyaya qarşı sanksiyaları ləğv etdiyini qeyd edib.

"Bu sanksiyalar çox sərt idi. Düşünürəm ki, biz bu gün mühüm bəyanat verəcəyik", - o vurğulayıb.

Xatırladaq ki, Tramp 2025-ci il mayın 14-də Ər-Riyadda Suriyanın yeni prezidenti Əhməd əl-Şara ilə danışıqlar aparıb (iki ölkə liderləri arasında 25 ildə ilk görüş). ABŞ lideri Vaşinqtonun Dəməşqə qarşı on illərdir tətbiq etdiyi sanksiyaları ləğv etməyə başlayacağını açıqlayıb.

İyulun 1-də Tramp Suriyaya qarşı birtərəfli sanksiyalar rejimini ləğv edən fərman imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026