ABŞ prezidenti seçilən Donald Tramp kabinetində işləmək niyyətində olduğu adları bir-bir seçir.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Tramp ABŞ-nin Florida ştatının Nümayəndələr Palatasının Respublikaçı üzvü Mayk Uolsu Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri təyin edib.
Belə ki, ölkə mətbuatında Trampın senator Marko Rubionu xarici işlər naziri kimi nəzərdən keçirdiyi iddia edilir.
Tramp həmçinin Təhsil Departamentini bağlayacağını və onun resurslarını ştatlara yönəldəcəyini açıqlayıb.
Əli Hüseynov