• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Türk nazir: Bunun sayəsində buğdanın qiyməti ucuzlaşdı

İQTİSADİYYAT

06 Yanvar 2023 | 21:11 | Müəllif: Subhan Mahmudov

Türk nazir: Bunun sayəsində buğdanın qiyməti ucuzlaşdı

Taxıl sövdələşməsinin reallaşması nəticəsində buğdanın orta qiyməti bir ton üçün 440 dollardan 320 dollara enib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı naziri Vahid Kirişçi bildirib.

“Əgər Ukraynada müharibə başlayan ilk vaxtlarda bir ton buğdanın qiyməti 440 dollar idisə, hazırda 320 dollar civarındadır”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının 54 faizi Avropa, 28 faizi Asiya, 12 faizi Afrika, 6 faizi isə Yaxın Şərq ölkələrinə çatdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026