“Son zamanlar görürəm ki, xalq mahnıları oxuyanlar da, sənətkarlar da, sənətdən xəbəri olmayanlar da çıxıb bizdən danışır, tənqid edirlər”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə açıqlamasında deyib.
İfaçı adının digər həmkarları ilə eyni sırada çəkilməsinə etiraz edib: “İnanıram ki, məni tanıyanlar, sənətimi bilənlər o adlar arasında mənim də adımı qeyd etməzlər, utanarlar. Çəkən insanlara da efir vasitəsilə demək istəyirəm ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mən həmişə böyük-kiçik yeri bilmişəm, ona görə sayılıb-seçilən müğənnilərdənəm. Hər dəfə adımı çəkənlər var ee, o insanlar çörək qazana bilmir. Baxırlar ki, bu gün kimlər daha çox el şənliklərindədir, daha çox qazanırlar… Məncə, siz də elə mahnılar ifa etməlisiniz ki, çörək qazanasınız. Bizim məsləhətə ehtiyacımız yoxdur. Onsuz da öz bildiyimizi edəcəyik”.
Vəlizadə toylarda xalq mahnıları da ifa etdiyini bildirib: “Mən bütöv toylar da idarə edirəm. Orada ancaq öz mahnılarımı ifa etmirəm ki... Xalq mahnıları da, bəstəkar mahnıları da oxuyuram. İnsanların çoxu bilir ki, mən çox gözəl toy idarə edirəm”.
Ziyafət Əlisoy
















