• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Türkiyə Macarıstana təbii qaz ixrac edəcək

İQTİSADİYYAT

21 Avqust 2023 | 09:45 | Müəllif: Subhan Mahmudov

Türkiyə Macarıstana təbii qaz ixrac edəcək

Türkiyə Macarıstana təbii qaz ixrac edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar öz rəsmi sosial media hesabında məlumat verib.

"BOTAŞ ilə Macarıstanın MVM şirkəti arasında təbii qaz müqaviləsi imzalanıb. Türkiyə ilk dəfə olaraq sərhədi olmayan bir Avropa ölkəsinə təbii qaz ixrac edəcək. Türkiyə Avropanın təchizat təhlükəsizliyinə töhfə verməyə davam edir",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə ötən ilin yanvar ayında Bolqarıstanla təbii qaz müqaviləsi imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026