• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Türkiyə parlamentinin iş müddəti uzadıldı

DÜNYA

17 Iyun 2026 | 09:18 | Müəllif: Əli Hüseynov

Türkiyə parlamentinin iş müddəti uzadıldı

“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması ilə bağlı qərar dərc olunub.

Bakıvaxtı.az xəbər verir ki, qərara əsasən, iyulun 1-dən etibarən tətilə çıxmalı olan parlament fəaliyyətini davam etdirəcək.

Məlumata görə, qərar Konstitusiyanın 93-cü maddəsi və TBMM-in Daxili Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq, Baş Məclisin iyunun 16-da keçirilən 102-ci iclasında qəbul edilib.

Beləliklə, normal qaydada 1 iyul 2026-cı il tarixində yay tətilinə çıxmalı olan Türkiyə Böyük Millət Məclisi fəaliyyətini dayandırmayacaq və qanunvericilik işlərini davam etdirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026