• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmiləri taxıl dəhlizini müzakirəsi başa çatdı - YENİLƏNİB

DÜNYA

13 Iyul 2022 | 18:49

Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmiləri taxıl dəhlizini müzakirəsi başa çatdı - YENİLƏNİB

İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətləri arasında taxıl dəhlizinə dair danışıqlar başa çatıb.

Bakıvaxtı.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

***17:25

İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətləri arasında taxıl dəhlizinə dair danışıqlar başlayıb.

Bakıvaxtı.az xarici  KİV-ə istinadən xəbər verir ki,  bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti  məlumat yayıb. 

Qeyd olunub ki, görüş Kalender Qəsrində keçirilir.

***15:24

Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb.

Bakıvaxtı.az "Habertürk" istinadən xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir.

Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026