• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran Ermənistanı Rusiya ilə bölmək istəyir

DÜNYA

12 Avqust 2022 | 15:24

İran Ermənistanı Rusiya ilə bölmək istəyir

“İranın Ermənistandakı keçmiş səfiri Kazem Sacadinin ardından sözü gedən ölkənin Prezident Aparatının yüksək vəzifəli əməkdaşı Muhəmməd Cəmşidi də bu məhərrəmlikdə hay qardaşlarının gözlərini yaşardacaq tvit paylaşıb. Sacadi dünən öz tvitində Ermənistanı İranın "elə də yaxşı olmayan qonşuları"ından özlərinə doğmalığıyla fərqləndirmiş, sevimliləri kimi təqdim etmişdi. Bu biri də şefi Rəisi ilə Paşinyan arasındakı son telefon danışığına dayanaraq yazır ki, İran nəyin bahasına olursa-olsun, Ermənistanın sərhəddinin dəyişdirilməsinin qarşısını alacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Sahib Alıyev bildirib.

“Maraqlıdır, Ermənistanın sərhədlərini Rusiya qoruduğu və onun dəyişdirilməsi yönündə hər hansı bir təhlükə görmədiyi halda molla rejimi nədən belə əl-ayağa düşüb? Fikrimcə, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov düzgün olaraq bildirir ki, İranın bu canfəşanlığı əslində heç Ermənistan üçün də xoşniyyətli deyil. Məqsəd Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq, qərbdən şərqə, quzeydən güneyə və əksinə çatdırılacaq yüklərin böyük bir hissəsinin öz torpaqlarından keçməklə daşınmasını təmin etməkdir”.

S. Alıyev qeyd edib ki, açığı İranın bu qəbildən olan hərəkətləri, tələm-tələsik Qafanda konsulluq açması onu göstərir ki, molla rejimi Ermənistana da Suriya kimi yanaşır və oranı Rusiya ilə öz arasında təsir dairəsinə bölmək fikrindədir:

“Bəlkə, istəkləri budur ki, Ermənistanın Türkiyə və Gürcüstanla sərhəd hissəsi Rusiyanın, Azərbaycanla sərhədləri isə onların kontrolunda olsun. Əlbəttə, bu bir fərziyyədir, molla rejimi Ermənistanı belə də bölə, o, alınmasa, farslarla eyni kökdən olan hayların İranın, haylaşmışların-xristian qıpçaqlar və digərlərnin isə hələlik Rusiyanın dediyi ilə durub-oturmasını da təklif edə bilər. Ancaq belə yerdə deyirlər ki, sən saydığını say, görək dünyada ən böyük səfirliyini elə həm də molla rejiminin nə ilə nəfəs aldığını yaxından izləmək üçün Ermənistanda saxlayan ABŞ nə sayır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026