Türkiyənin Milli Kəşfiyyat İdarəsi Suriyada növbəti antiterror əməliyyatı keçirib.
Bakıvaxtı.az xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Yusif Mehmud Rebani zərərsizləşdirilib.
O, PKK-nın "əyalət səlahiyyətlisi" olub. Terrorçunun əslən İrandan olduğu bildirilib.
















