• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə səfirliyi Bakıda iftar süfrəsi açdı - FOTOLAR

CƏMİYYƏT

01 Aprel 2024 | 13:32 | Müəllif: Subhan Mahmudov

Türkiyə səfirliyi Bakıda iftar süfrəsi açdı - FOTOLAR

Türkiyənin Azərbaycandakı səfirliyi martın 31-də Bakıda iftar süfrəsi təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, səfir Cahit Bağçı iftar süfrəsinə təşrif gətirənləri müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu ayın mahiyyətindən danışıb, Uca Allahdan bütün oruc və namazların qəbul olunmasını arzulayıb.

Azərbaycanlıların soyqırımının 104-cü ildönümü günündə Allahdan bütün şəhidlərimizə rəhmət diləyən Cahit Bağçı bildirib ki, bu gün müharibələr dünyamızın ən böyük bəlasıdır. O, bu müqəddəs ayda münaqişələrin bitməsini və dünyamıza əbədi sülhün qismət olmasını arzulayıb.

İftar süfrəsində Milli Məclisin deputatları, Azərbaycanın din və ictimai xadimləri, o cümlədən qazilər və şəhid ailələri iştirak ediblər.


Türkiyə səfirliyi Bakıda iftar süfrəsi açdı - FOTOLARTürkiyə səfirliyi Bakıda iftar süfrəsi açdı - FOTOLARTürkiyə səfirliyi Bakıda iftar süfrəsi açdı - FOTOLARTürkiyə səfirliyi Bakıda iftar süfrəsi açdı - FOTOLARTürkiyə səfirliyi Bakıda iftar süfrəsi açdı - FOTOLARTürkiyə səfirliyi Bakıda iftar süfrəsi açdı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026