Ankaranın Kahramankazan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ba. verib.
Bakıvaxtı.az TRTHaber-ə istinadən xəbər verir ki, Ankara-Kahramankazan yolunun 16-cı kilometrliyində, İmrendi rayonu yaxınlığında iki avtomobil toqquşub. Hadisə nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar Ankara Şəhər Xəstəxanasına yerləşdirilib.
Magistralda nəqliyyatın hərəkəti nəzarətli şəkildə bərpa edilib.

















