• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qazaxıstanda general özünü GÜLLƏLƏDİ

DÜNYA

10 Yanvar 2022 | 11:26 | Müəllif: Qalib İbrahimoğlu

Qazaxıstanda general özünü GÜLLƏLƏDİ

Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi general-mayor Janat Süleymanov intihar edib.

Bakıvaxtı.az-ın məlumatına görə, report “Komsomolskaya Pravda” istinadən xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb.

Məlumata görə, Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb. General-mayor bu məlumatı öyrənəndən sonra özünü güllələyib.

Qeyd edək ki, Janat Seleymanov 1962-ci ildə Qazaxıstanın Karaqanda vilayəintdə anadan olub. 1980-ci ildə daxili işlər nazirliyində fəaliyyətə başlayıb. O, 2020-ci ilin fevralında Cambıl vilayəti Polis İdarəsinə rəis təyin edilib. Uğurlu xidmətə görə orden və medalla təltif olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026