Dünyada koronavirusa yoluxma sayı 400 milyonu ötüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.
Qeyd olunub ki, dünyada qeydə alınan COVID-19-a yoluxma hallarının sayı 400 244 031-ə çatıb.
Virus qurbanlarının sayı 5 761 208 nəfərdir.
















