• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kadırov: "Bayraqdar" çeçenləri dayandıra bilməz

DÜNYA

11 Mart 2022 | 00:43 | Müəllif: Subhan Mahmudov

Kadırov: "Bayraqdar" çeçenləri dayandıra bilməz

Bu gün çeçen xüsusi təyinatlılarının qorxmaz komandanı Ukraynada növbəti yaşayış məntəqəsinin “azad edilməsi” barədə mənə məlumat verdi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.

“Bir nəfər də olsun yerli sakin çeçen döyüşçülərinə zərrə qədər belə qəzəb bildirməyib. Əksinə, əhali hər zaman döyüşçülərimizi böyük qonaqpərvərlik və mehribanlıqla qarşılayır", - Kadırov yazıb.

O əlavə edib ki, nə atıcı silahlar, nə minaatanlar, nə də “Bayraqdar”lardan açılan ağır atəşlər çeçen xüsusi təyinatlılarının irəliləyişini ləngidə bilməz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026