Ukraynanın Xarkov şəhəri yaxınlığında daha 2 gürcü döyüşçü həlak olub, 5-i isə ağır yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Döyüşçülərin nəşinin Gürcüstana gətirilməsi üçün müvafiq prosedurlara başlanılıb.
Qeyd edək ki, Ukraynada ötən ay hərbi əməliyyatlar zamanı 4 gürcü döyüşçü həlak olub.
















