• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden bu ölkəyə qarşı sanksiyaları UZADIB

DÜNYA

09 May 2022 | 21:32 | Müəllif: Subhan Mahmudov

Bayden bu ölkəyə qarşı sanksiyaları UZADIB

ABŞ Prezidenti Cozef Bayden Suriyaya qarşı birtərəfli sanksiyaları daha bir il uzatmaq qərarına gəlib.

Bakıvaxtı.az "report"-a istinadən bildirir ki, məlumat Ağ Evin rəsmi sənədlər toplusunda dərc edilib.

Söhbət 2004-2012-ci illər ərzində Vaşinqtonun Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə saxlanılmasından gedir. Bu məhdudiyyətlər, xüsusilə, bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin Amerika mallarının müəyyən kateqoriyalarının Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.

"Suriya rejiminin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün son dərəcə təhdiddir. Bununla əlaqədar 2004-cü il mayın 11-də elan edilmiş sanksiyaları daha bir il müddətinə uzadıram", - sənəddə deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026