Ayrı-seçkilik olmadan terrorçular və terrorizmə qarşı səmərəli mübarizə aparan Türkiyə digər ölkələrdən qlobal terrorizmə qarşı real əməkdaşlıq və səmimi həmrəylik görəcəyini gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"İsveçrədə PKK varlığı terrorun zəhərli bir sarmaşıq kimi Avropanı əhatə etməsini və bu qlobal təhdidə qarşı geniş formada mübarizənin zəruriliyini bir daha ortaya qoyub", - Altun vurğulayıb.
















