• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlon Maskın qızı dünyaya gəlib

DÜNYA

11 Mart 2022 | 01:25 | Müəllif: Qalib İbrahimoğlu

İlon Maskın qızı dünyaya gəlib

İlon Mask və Qraymsın qızı dünyaya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, onu surroqat ana daşıyıb. Köprəyə “Exa Dark Sideræl” adı verilib.

Qraymsın dediyinə görə, onu sadəcə olaraq Y (iqrek) cağıracaqlar.

Qeyd edək ki, 50 yaşlı Mask üçün bu, yeddinci uşaq olsa da, 33 yaşlı Qrayms ikinci dəfə ana olub (oxu.az). Onların “X Æ A-XII” adlı ilk oğullarının demək olar ki, iki yaşı var və cütlük onu “Baby X” adlandırır.

Ötən ilin sentyabrında milyarder və pop müğənnisi ayrıldıqlarını açıqlayıblar. Bundan əvvəl onlar üç il birlikdə yaşayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026