• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qazaxıstanda saxlanılanların sayı 8 minə çatır

DÜNYA

10 Yanvar 2022 | 10:17

Qazaxıstanda saxlanılanların sayı 8 minə çatır

Qazaxıstanda iğtişaşlar nəticəsində ümumilikdə 7939 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyinin Situasiya Mərkəzi yayıb. 

Bildirilir ki, xüsusən də, hüquq-mühafizə orqanlarının əməkdaşları Milli Qvardiyanın hərbi qulluqçuları və xüsusi qüvvələr ilə Almatı şəhərində iki bazarda 207 nəfəri saxlayıb. Həmçinin iğtişaşlar zamanı aksiya iştirakçıları tərəfindən qaçırılmış 5 avtomobil, 6 silah və digər əşyalar aşkar edilərək götürülüb.

Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-də respublikanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinlərinin maye qazın qiymətinin aşağı salınmasını tələb etməsindən sonra başlayan kütləvi etiraz aksiyaları davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026