• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə bu gün koronavirusdan 244 nəfər öldü

DÜNYA

27 Avqust 2021 | 21:55 | Müəllif: Subhan Mahmudov

Türkiyədə bu gün koronavirusdan 244 nəfər öldü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 244 nəfər ölüb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 295 647 nəfər test edilib, onların 18 340-nın koronavirus testi pozitiv nəticə verib, 14 528 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 92 391 003 peyvənd tətbiq edilib ki, bunun da 76,57 faizi birinci mərhələ vaksinasiya olunanlardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026