• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə məktəblərdə tətilin vaxtı uzadıldı

DÜNYA

09 Fevral 2023 | 18:30 | Müəllif: Subhan Mahmudov

Türkiyədə məktəblərdə tətilin vaxtı uzadıldı

Türkiyənin 81 rayonunda məktəblər 20 fevrala qədər bağlı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özər məlumat verib.

O, ölkə daxilində məktəblərin fevralın 20-nə qədər təhsili dayandıracağını açıqlayıb.

Bundan öncəki qərara görə, məktəblər fevralın 13-nə qədər bağlanmışdı.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Xeyli sayda insan həlak olub və yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026